\
6 Oktyabr 2024 - Bazar günü

GAİM Gürcüstanda 200-dən çox ailəyə ərzaq yardımı etdi

GAİM Gürcüstanda 200-dən çox ailəyə ərzaq yardımı etdi
1733baxış

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) Marneulidə aztəminatlı ailələrə yardım kampaniyasına qoşulub.

Mediapress.az”ın yerli bürosu xəbər verir ki, mərkəz Marneulidə yaşayan 250 aztəminatlı ailə üçün ərzaq yardımı edib.

İlkin tələbat qida məhsulları imkansız ailələlərin ünvanlarına çatdırılması üçün Marneuli bələdiyyəsinə təhvil verilib.