\
6 Oktyabr 2024 - Bazar günü

G20 çərçivəsində neft bazarının monitorinqi üçün mexanizm yaradıla bilər

G20 çərçivəsində neft bazarının monitorinqi üçün mexanizm yaradıla bilər
1738baxış

“Böyük iyirmilik” (G20) ölkələri enerji bazarındakı vəziyyətin monitorinqi və cavab tədbirlərini hazırlamaq üçün səmərəli mexanizm yaratmalıdır.

Mediapress.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak G20 ölkələri nazirlərinin görüşünün açılışında bildirib.

Xatırladaq ki, bu gün başlayan görüşün məqsədi koronavirus pandemiyası üzündən enerji daşıyıcılarına tələbatın xeyli azaldığı bir vaxtda enerji bazarının tarazlaşdırılması, dünya iqtisadiyyatının güclənməsi üçün müvafiq tədbirlər hazırlamaqdır.