\
6 Oktyabr 2024 - Bazar günü

ABŞ-dan öz vətəndaşlarını qaytarmayan ölkələr sanksiya ilə üzləşə bilər

ABŞ-dan öz vətəndaşlarını qaytarmayan ölkələr sanksiya ilə üzləşə bilər
1699baxış

ABŞ ərazisində olan vətəndaşlarını koronavirus pandemiyası dövründə geri qaytarmaq istəməyən və ya bu məsələni süni şəkildə yubadan dövlətlərə qarşı viza məhdudiyyəti tətbiq edilə bilər.

“Report” Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq fərman ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanıb.

Qeyd edək ki, ötən gün ABŞ-da COVID-19 virusunun törətdiyi xəstəlikdən 2 108 nəfər dünyasını dəyişib.

Son məlumata görə, dünyada koronavirusa yoluxanlar 1 699 856 nəfər, ölənlər 102 742 nəfər, sağalanlar isə 376 518 nəfərdir.