\
6 Oktyabr 2024 - Bazar günü

Çüdoçu Orxan Hacıağalı xeyriyyəçilərə səsləndi - "Sıramıza qoşulmaq istəyənlər buyura bilər" - VİDEO - FOTOLAR

Çüdoçu Orxan Hacıağalı xeyriyyəçilərə səsləndi - "Sıramıza qoşulmaq istəyənlər buyura bilər" - VİDEO - FOTOLAR
4716baxış

Pandemiya ilə əlaqədar Azərbaycanda “Biz birlikdə güclüyük” devizi altında xeyriyyəçilik marafonu davam edir. Belə ki, fərdi şəxslər qrup şəklini alaraq, “Evdə qal”anlara maddi-mənəvi yardıma yetişməyə can atmaqdadırlar.

Belə şəxslərdən biri də Zaqatalada doğulub böyümüş, cüdo idman növü üzrə dəfələrlə çempion olmuş Orxan Hacıağalı da var.

“Ətrafıma yığılan bir neçə dostlarla belə qərar gəldik ki, hər dəfə bir ailəyə yardım göstərək. Amma günbəgün müraciət edən imkansız ailələrin sayı artır. Çox istərdim ki, dünyamızı bürüyən koronavirus səbəbindən evdə qalmağa məcbur olan, günəmuzd çalışan bacı-qardaşlarımıza maddi köməklik göstərək. Sıralarımızı artırmaq istəyirik. Bizə qoşulmaq istəyən iş adamları, xeyriyyəçilər buyura bilər”, - deyə Mediapress.az-a danışan cüdoçu Orxan tezliklə daha bir neçə ailəni sevindirmək niyyətində olduğunu açıqlayıb.

Könül Aypara