\
6 Oktyabr 2024 - Bazar günü

Naxçıvanda koronavirusa yoluxanların sayı 71-ə çatıb, 1 nəfər ölüb

Naxçıvanda koronavirusa yoluxanların sayı 71-ə çatıb, 1 nəfər ölüb
1521baxış

“Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq 1915 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır. Onlardan 229-u ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir".

Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu günə qədər 880 şübhəli şəxsdə test yoxlamaları aparılıb: "Təkrar test yoxlamalarının nəticələrinə əsasən 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat etmişdir. Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”.