\
6 Oktyabr 2024 - Bazar günü

Astarada karantini pozan ata və oğlu həbs edildi

Astarada karantini pozan ata və oğlu həbs edildi
1558baxış

Astara Rayon Polis Şöbəsinin əməkdaşları sərxoş halda avtomobil idarə edən və karantin qaydalarını pozan şəxsi saxlayıblar.

Bu barədə "Mediapress.az"ın Cənub Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Belə ki, Astara şəhər sakini Yaşar Mustafayev idarə etdiyi “VAZ-2115” markalı avtomobillə saxlanılıb və spirtli içkinin təsiri altında sükan arxasında olduğu, həmçinin karantin qaydalarını pozduğu müəyyənləşib.

Avtomobildə sərnişin qismində olan oğlu Elçin Mustafazadənin də müvafiq qaydada heç bir icazə almadan şəhərə çıxdığı və karantin qaydalarını pozduğu müəyyən edilib.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və inzibati qaydada həbs olunublar.