\
6 Oktyabr 2024 - Bazar günü

Meşə yolu ilə Ağsudan Şamaxıya keçmək istədilər, həbs olundular - Foto

Meşə yolu ilə Ağsudan Şamaxıya keçmək istədilər, həbs olundular - Foto
1597baxış
Ağsuda karantin rejimi qaydalarının təmin olunması məqsədilə aparılan əməliyyat zamanı 2 nəfər rayon sakini-Xəqani Əsədov və Elşən Cəbrayılovun meşə ərazisi ilə Şamaxı rayonuna keçmək istədikləri müəyyən olunub.
 
 
Mediapress.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları həmin şəxslərə dayanmaları ilə bağlı xəbərdarlıq etsə də, onlar qaçmağa cəhd ediblər. X.Əsədov və E.Cəbrayılov saxlanılaraq Polis Şöbəsinə gətirilib, barələrində protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati həbs olunub.
 
Bundan başqa  Ağsu və Kürdəmir rayonları arasında yaradılan postda "Kamaz” markalı yük maşını postu keçərkən polisin "saxla” əmrinə tabe olmayıb. Polis əməkdaşları nəqliyyat vasitəsini saxlamağa nail olublar və sürücünün Kürdəmir rayon sakini Sübhan Qədiyev olduğu müəyyən edilib. Sübhan Qədiyevin həmyerlisi Mənsur Mütəllimovu yük maşınının yatacaq hissəsində gizlədərək, Ağsu rayonu ərazisinə keçirmək istədiyi məlum olub. Həmin şəxslər də saxlanılaraq, barələrində protokol tərtib olunub və məhkəmənin qərarı ilə həbs olunublar.