\
6 Oktyabr 2024 - Bazar günü

DİN Şəhidlər Xiyabanında baş verənlərə aydınlıq gətirdi

DİN Şəhidlər Xiyabanında baş verənlərə aydınlıq gətirdi
1776baxış

Daxili İşlər Nazirliyi (DİN) Biləsuvar Şəhidlər Xiyabanındakı məzar daşlarının boyanması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.

Hadisə ilə bağlı Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edilib.

Qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılıb: "Dərhal polis əməkdaşları hadisə yerinə gediblər. Araşdırma zamanı müəyyən edilib ki, yağan yağışdan sonra məzar daşlarının üzərində ləkələr qalıb. Dərhal da məzar daşları təmizlənib".

Xatırladaq ki, Biləsuvarda Şəhidlər Xiyabanında məzar daşlarının üzərinin boyanaraq təhqir olunması iddiası ilə sosial şəbəkələrdə videogörüntü paylaşılmışdı. (DİN)