\
6 Oktyabr 2024 - Bazar günü

Niderlandda koronavirusdan ölənlərin sayı 3 000 nəfərə çatır

Niderlandda koronavirusdan ölənlərin sayı 3 000 nəfərə çatır
1660baxış

Niderlandda daha 122 nəfər koronavirusun qurbanı olub. 

"Mediapress.az" "Aksam"a istinadən xəbər verir ki, bununla da krallıqda pandemiya qurbanlarının sayı 2 945 nəfərə çatıb. 

Bildirilib ki, Niderlandda daha 868 nəfərə koronavirus diaqnozu qoyulub və infeksiya daşıyıcılarının sayı 27 419-a yüksəlib.

Eyni zamanda indiyədək krallıqda 250 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 946 000-i ötüb. Bunların 460 146 nəfəri sağalıb, 121 710 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.