\
6 Oktyabr 2024 - Bazar günü

“SOCAR Polymer” məhsulunun 89%-ni ixrac edib

“SOCAR Polymer” məhsulunun 89%-ni ixrac edib
1629baxış

Bu ilin I rübündə “SOCAR Polymer” tərəfindən istehsal olunan polimer məhsulları artaraq 49 min tondan çox olub.

Mediapress.az” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I rüb üzrə hesabatına əsasən xəbər verir ki,, bu həcmin 43 min tondan çoxu, yəni 89%-i ixraca göndərilmiş, 5%-ə yaxın hissəsi isə daxili bazarda reallaşdırılıb.
Xatırladaq ki, "SOCAR Polymer"ə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir.