\
6 Oktyabr 2024 - Bazar günü

Türkiyədə 6 soydaşımız koronavirusa yoluxub

Türkiyədə 6 soydaşımız koronavirusa yoluxub
1597baxış
"Türkiyədə yeni növ koronavirus (COVID-19) xəstəliyinə yoluxan 6 Azərbaycan vətəndaşı var. Onların vəziyyəti qənaətbəxşdir”.
 
Mediapress.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirib.
Səfir deyib ki, həmin xəstələrdən beşi evə buraxılıb, birinin isə müalicəsi xəstəxanada davam edir və səhhəti normaldır: "Xəstəxanada müalicə olunan vətəndaşımızın da səhhəti normaldır”.
 
X.İbrahim deyib ki, hazırda 10 Azərbaycan vətəndaşı isə karantin şəraitində yaşayır.