\
6 Oktyabr 2024 - Bazar günü

Rusiyada koronavirusa yoluxanların sayı 24 mini ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 24 mini ötdü
1688baxış

Rusiyada son bir gündə 3 388 nəfərə koronavirus diaqnozu qoyulub, 28 nəfər virusun qurbanı olub.

Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 24 490 nəfərə, ölənlərin sayı 198-ə, sağalanların sayı isə 1 986 nəfərə çatıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 1 774.

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 001 000-i ötüb. Bunların 484 979 nəfəri sağalıb, 126 782 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)

 

Mediapress.az