\
6 Oktyabr 2024 - Bazar günü

BMT-dən Trampın ÜST qərarına etiraz

BMT-dən Trampın ÜST qərarına etiraz
1632baxış
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) vəsait ayrılmasını dayandırma qərarına etiraz edib.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Quterreş koronavirus pandemiyasının sürətlə yayıldığı bir vaxtda ÜST-ün yaxud da hər hansısa bir humanitar yardım təşkilatının maliyyəsini azaltmağın vaxtı olmadığını deyib, əksinə indiki vaxtda ÜST-ə daha çox yardım edilməli olduğunu bildirib.
 
"Epidemiya başa çatanda geriyə qayıdıb necə ortaya çıxdığı, hansı şəkildə bütün dünyaya yayıldığı və bu böhranla necə mübarizə aparıldığına baxıb dərs çıxaracağıq. Amma indi bunun vaxtı deyil", - deyə Quterreş əlavə edib.