\
6 Oktyabr 2024 - Bazar günü

Zaqatalada avtoqəza təbii qazın kəsilməsinə səbəb oldu - Eksklüziv - SON DƏQİQƏ! - VİDEO

Zaqatalada avtoqəza təbii qazın kəsilməsinə səbəb oldu - Eksklüziv - SON DƏQİQƏ! - VİDEO
1665baxış

Mediapress.az xəbər verir ki, bu dəqiqələrdə Zaqatalanın Birinci Tala kəndində avtomobil qəzası baş verib.

Belə ki, yüksək sürətlə idarə olunan maşın körpüdən aşaraq, çuxura düşüb. Nəticədə kəndə verilən qaz borularına zərər dəyib.

Xoşbəxtlikdən hadisə zamanı insan itkisi olmayıb. 

Hazırda həm çuxura düşmüş avtomobilin oradan çıxarılması, eyni zamanda da təbii qaz borusunun  təmir olunması istiqamətində işlər gedir.