\
6 Oktyabr 2024 - Bazar günü

Dubrovskayadan Bodrovla bağlı kədərli xatirə: "O, məndən qorxurdu..."

Dubrovskayadan Bodrovla bağlı kədərli xatirə: "O, məndən qorxurdu..."
1624baxış
Aktrisa Anna Dubrovskaya rejissor Sergey Bodrov ilə ilk görüşü barədə danışıb. O görüş ki, ondan sonra aktrisa "Vasitəçi” (Svyaznoy) filmində baş rol üçün təsdiqlənib.
 
Mediapress.az xəbər verir ki, aktrisa "İnsan taleyi" verilişində onunla görüşməzdən əvvəl "ərköyün bir ulduz" görəcəyini gözlədiyini etitraf edib. O deyib ki, çünki çox vaxt uğurdan gənclərin "baş qaçır”.
 
"Ancaq Bodrov tamamilə fərqli bir insan çıxdı, - Dubrovskaya etiraf edib. - Onda zərrəcə ulduz xəstəliyi yox idi". Hətta həmin görüşdə aktrisa onun sıxıldığını, bir az özünü itirdiyini hiss edib.
 
"O, şort geyinmiş, eynək taxmışdı. Noutbuku yanındaydı. Mənə elə gəldi ki, o, məndən qorxur. Ancaq söhbətə başlayandan on dəqiqə sonra gərginlik yoxa çıxdı", - aktrisa deyib.
 
Görüşdə Bodrovla aktrisanın rolu və həyat mövzusunda danışıblar. Sonra o, Bodrovun filmində rol alacağına ümid etmədən görüşdən ayrılıb. 
Lakin sonra Bodrovun çəkiliş qrupu üzvlərindən biri ona teatrda göz qoymağa başlayıb. Sonda ona baş rola təsdiq olunduğu bildirilib.
 
Ancaq həmin filmi çəkib tamamlaya bilməyiblər. Sergey Bodrov çəkiliş heyəti ilə birlikdə 2002-ci ildə Karmadon dərəsində Kolka buz uçqunu zamanı həlak olub.