\
6 Oktyabr 2024 - Bazar günü

ÜST nümayəndəsi: “Şəxsi fikrim budur ki, COVİD-19-dan bir ildən tez xilas ola bilməyəcəyik”

ÜST nümayəndəsi: “Şəxsi fikrim budur ki, COVİD-19-dan bir ildən tez xilas ola bilməyəcəyik”
1774baxış

 

"Pandemiyanın nə qədər davam edəcəyini heç kim bilmir. Amma yeni virus ortaya çıxanda dünyanı nə qədər tez dolaşırsa, insanlarda o qədər immunitet yaradır".
 
Bunu REACT-C19 layihəsinin təqdimatında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı bildirib. O deyib ki, naməlum xəstəliklə qarşı-qarşıyayıq: "Şəxsi fikrim budur ki, bir ildən tez xilas ola bilməyəcəyik. Amma bu, bir il hamı evdən olacaq demək deyil, sadəcə, gündəmdən çıxmayacaq. Daha azalaraq gündəmdə qalacaq. COVID-19-da görürük ki, hazırlığımız doğru imiş. İndi respirator gigiyenaya daha yaxşı əmək edirik, nə qədər davam edəcəyi bilinmir. Bu xəstəlik hazırda həm soyuq, həm də isti iqlimin mövcud olduğu yerlərdə var".
 
///APA