\
6 Oktyabr 2024 - Bazar günü

ABŞ-da istehsal sektoru 74 illik minimumu yeniləyib

ABŞ-da istehsal sektoru 74 illik minimumu yeniləyib
1841baxış

Ötən həftə ABŞ-da 5,2 milyon insan işsizlik müavinəti üçün müraciət edib.

"Mediapress.az" "Reuters"ə istinadən xəbər verir ki, beləliklə, son bir ayda işsizlik müavinəti üçün müraciətlərin sayı 20 milyonu keçib.

Məlumata görə, hesabat dövründə ABŞ-da fabriklərdə istehsal olunan məhsulların ümumi miqdarı azalaraq 74 illik minimumu yeniləyib.

Qeyd edək ki, təkcə mart ayında ABŞ-da qeyri-kənd təsərrüfatı sektorlarında 701 min insan iş yerini itirib. Bununla da ölkədə qlobal maliyyə böhranından sonra, 2010-cu ildən bəri davam edən məşğulluğun artması statistikasına da son qoyulub.