\
6 Oktyabr 2024 - Bazar günü

Fransada həvəskar liqalar və futzal çempionatları ləğv olundu

Fransada həvəskar liqalar və futzal çempionatları ləğv olundu
1845baxış

Fransa Futbol Federasiyası koronavirus pandemiyasına görə təxirə salınan həvəskar liqalarla bağlı qərarını açıqlayıb.

"Mediapress.az" qurumun rəsmi saytına istinadən xəbər verir ki, həvəskar statusu daşıyan IV, V və regional liqalar ləğv olunub.

Həmçinin qadınlar arasında II, futzal və gənclər liqalarının oyunlarının da vaxtından əvvəl başa çatdırıldığı bildirilib.

Sözügedən çempionatlarda qaliblər, aşağı dəstəyə düşənlər və elitaya yüksələnlər turnir cədvəlindəki hazırkı sıralamaya əsasən müəyyənləşib.

Qeyd edək ki, Fransada liqalar martın 13-də dayandırılıb.