\
6 Oktyabr 2024 - Bazar günü

TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
1813baxış

TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 17-nə olan statistik göstəriciləri açıqlayıb.

"Mediapress.az" xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 858 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 86 607 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 57 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 340 yoluxma aşkarlanıb. Onlardan 528-i sağalıb, 15-ü ölüb. Hazırda aktiv xəstə sayı 797-dir.