\
6 Oktyabr 2024 - Bazar günü

"Qansız"ların nəzərinə!

"Qansız"ların nəzərinə!
1970baxış
"Qan Bankı" deyilən bir qurum var. Hay salıb ki, Talessemiyalı və Hemofiliyalı xəstələr üçün qan çatışmır. Amma niyə???!!!
 
Bu məqamda bir məsələni unutmasınlar ki, xalq, insanlar həmişə təmənnasız qan verib, yenə verəcək.
Bunu hamı bilir, Allah ehtiyac eləməsin heç kimə. Amma ehtiyacı olan hər kəs bilir ki, bir çox hallarda zəruri ehtiyaclar üçün toplanan bu qanlar baha qiymətə satılır.
İlboyu bütün dövlət qurumları, özəl təşkilatlar heç olmasa, 1 dəfə qan verir, könüllü olaraq vətəndaşlar qan verir, aşurada 10 minlərlə insan qan verir. Bu işə cavabdeh qurumlar bir statistik məlumat versinlər ki, il ərzində 10 minlərlə adamın verdiyi bu qan neçə adama təmənnasız köçürülüb?
İnsanları da bu işdə xeyirxahlıqdan soyudan budur. Çünki adamlar "Qansız"ların qan alverini, qana susamışlığını gördükcə, həmin qurumların səmimiliyinə inanmır, təəssüf ki...
Gözünüzü qan tutsun!

Mirzəli