\
6 Oktyabr 2024 - Bazar günü

Dövlət Dəniz Agentliyi "Biz birlikdə güclüyük" şüarına qoşulub - FOTOLAR

Dövlət Dəniz Agentliyi "Biz birlikdə güclüyük" şüarına qoşulub - FOTOLAR
1693baxış

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına dəstək olaraq Dövlət Dəniz Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə 100 tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb. 

Mediapress.az xəbər verir ki, Dövlət Dəniz Agentliyinin əməkdaşları vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumat verib. Sakinlərdən bu həssas dövrdə evdə qalmaları, ciddi karantin rejiminə və müəyyən edilmiş sosial izolyasiya tələblərinə əməl etmələri xahiş olunub.