\
6 Oktyabr 2024 - Bazar günü

Suriyada ABŞ hərbçilərinə hücum oldu, yaralılar var

Suriyada ABŞ hərbçilərinə hücum oldu, yaralılar var
1795baxış

Suriyada ABŞ ordusunun patrulunun hücuma məruz qalması nəticəsində nəqliyyat vasitəsi məhv edilib, hərbçilər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Suriyanın əl-Hasake şəhərində olub.

Bildirilib ki, bir qrup ABŞ hərbçisi və terrroçu PKK/YPG-PYD qruplaşmasının formalaşdırdığı “Suriya Demokratik Qüvvələri”nin silahlılarını daşıyan “Hammer” tipli hərbi maşına əl-Hasekenin cənub-qərbində yerləşən Ruveyşid kəndində naməlum şəxslər hücum edib.

Qeyd edək ki, aprelin 6-da əl-Haseke ilə sərhəddə yerləşən Deyr-əz-Zor əyalətində naməlum şəxslər ABŞ hərbçiləri və “SDQ” silahlılarına hücum etmişdi. Nəticədə ABŞ-ın bir hərbi zabiti və “SDQ”nin iki silahlısı ölmüşdü.