\
6 Oktyabr 2024 - Bazar günü

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi
1788baxış
Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.
 
Mediapress.az Azvision.az-a istinadla xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Elşən Qayıbov vəzifəsindən azad edilib.
 
Digər əmrlə Elşən Qayıbov Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin rəisi təyin olunub.