\
6 Oktyabr 2024 - Bazar günü

"Yuventus" "Barselona”nın oyunçusunu almaq istəyir

"Yuventus" "Barselona”nın oyunçusunu almaq istəyir
1567baxış

"Barselona”nın 28 yaşlı müdafiəçisi Serxi Roberto karyerasını Turin "Yuventus”unda davam etdirə bilər.

Bu barədə “Mediapress.az” “Sport.es”ə istinadən xəbər verir.

Qeyd edilir ki, klublar digər futbolçuların da mübadiləsi haqqında danışıqlar aparır.

"Barselona" Artur Ramosu qarşı tərəfə transfer edərək, "Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniçi əldə etmək istəyir.

Roberto 2013-cü ildən "Barselona”nın əsas heyətində çıxış edir. Müdafiəçi cari mövsümdə İspaniya çempionatında 22 matç keçirib və 1 dəfə fərqlənib. Bununla yanaşı, Roberto 2 məhsuldar ötürmə edib, 7 dəfə sarı vərəqə alıb.