\
6 Oktyabr 2024 - Bazar günü

Gürcüstanda koronavirusa yoluxanların sayı 485-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 485-ə çatdı
1602baxış

Gürcüstanda koronavirusa 29 yeni yoluxma halı qeydə alınıb.

Mediapress.az”ın yerli bürosu xəbər verir ki, bu barədə hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 485-ə çatıb. Həmin şəxslərin 139-u sağalıb, 6-sı isə ölüb.

Karantində 4 928, stasionar nəzarətdə isə 522 nəfər saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.