\
6 Oktyabr 2024 - Bazar günü

Azərbaycanda koronadan sağalanların sayı açıqlandı

Azərbaycanda koronadan sağalanların sayı açıqlandı
1619baxış

Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə Mediapress.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 139 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 485 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.