\
6 Oktyabr 2024 - Bazar günü

Rusiya yoluxanların sayına görə Çini ötdü

Rusiya yoluxanların sayına görə Çini ötdü
1580baxış

Rusiyada son bir gündə 6 198 nəfərə koronavirus diaqnozu qoyulub.

Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada yoluxanların sayı 87 147 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 50 nəfər artaraq 794-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 7 346 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 871.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 996 000-i ötüb. Bunların 881 903 nəfəri sağalıb, 207 024 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.