\
6 Oktyabr 2024 - Bazar günü

Prezident nazir müavinini təltif etdi

Prezident nazir müavinini təltif etdi
1602baxış

İlham Ərdəbil oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

O, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

Qeyd edək ki, İ.Quliyev 2005-ci ildən Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışır. Bu gün onun 60 yaşı tamam olur.

Mediapress.az