\
6 Oktyabr 2024 - Bazar günü

İsveçdə koronavirusa yoluxanların sayı 19 minə çatır

İsveçdə koronavirusa yoluxanların sayı 19 minə çatır
1013baxış

İsveçdə koronavirusa yoluxma hallarının sayı 18 926-ya yüksəlib.

Mediapress.az” xəbər verir ki, bunu ölkənin baş epidemioluqunun müavini Anders Vallensten deyib.

Məlumata görə, Skandinaviya ölkəsində virus qurbanlarının sayı 2 274-ə çatıb.

A.Vallenstenin sözlərinə görə, ötən həftə ölkədə 4 mindən çox insanda yoluxma faktı qeydə alınıb. Eyni dövr ərzində 700 nəfər virusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 013 000-i ötüb. Bunların 888 362 nəfəri sağalıb, 207 895 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.