\
6 Oktyabr 2024 - Bazar günü

Təhsil naziri repetitor xidmətinin bərpasından danışdı

Təhsil naziri repetitor xidmətinin bərpasından danışdı
1726baxış

"Repetitor fəaliyyəti ilə bağlı qəbul edilən qərara əsasən bu həftədən etibarən onların işləməyinə icazə veriləcək. Bu iş də sanitar təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilməlidir".

"Mediapress.az" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bununla bağlı aidiyyəti qurumlar tərəfindən təqdimatlar hazırlanır və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva isə növbəsində onlayn tədrisin təşkilinə önəm verilməsini tövsiyə edib: "Əminəm ki, müəllimlər hazırlıqların da online şəkildə keçirilməsinə üstünlük verəcəklər".