\
6 Oktyabr 2024 - Bazar günü

Hitlerin konslagerindən sağ çıxmış şəxs koronavirusdan öldü

Hitlerin konslagerindən sağ çıxmış şəxs koronavirusdan öldü
1728baxış

İkinci Dünya müharibəsində nasistlərə aid Auşvits düşərgəsindən sağ çıxmış Anri Kiçka 95 yaşında koronavirusdan vəfat edib.

Mediapress.az” “Deutsche Welle”yə istinadən xəbər verir ki, o, Belçikanın paytaxtı Brüsseldə ölüb.

“Mikroskopik virus nasist ordusunun edə bilmədiyinə nail oldu. Mənim atam “ölüm marşı”ndan qalib çıxsa da, “həyat marşı”ndan məğlub çıxdı”, - mərhumun oğlu Mişel Kiçka bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 013 000-i ötüb. Bunların 888 516 nəfəri sağalıb, 207 900 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.