\
6 Oktyabr 2024 - Bazar günü

“Azərişıq” istehlakçılarına evdə qalmağı tövsiyə edib

“Azərişıq” istehlakçılarına evdə qalmağı tövsiyə edib
1717baxış

“Azərişıq” ASC koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə istehlakçılarına #evdəqal çağırışı edib. Bu məqsədlə Səhmdar Cəmiyyət abunəçiləri maarifləndirəcək videoçarx da hazırlayıb.

"Mediapress.az" xəbər verir ki, videoçarxda abunəçilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün “Azərişıq” əməkdaşlarının bu çətin gündə iş başında olduqları göstərilir və bunu nəzərə alaraq istehlakçıların da #evdəqal çağırışına əməl etmələri tövsiyə olunur.

Sosial çarxda insanlara “Yenidən qovuşacağımız günlər yaxında, hələlik isə evdə qalın! İşıqlı günlər üçün həmrəy olaq. Çünki biz birlikdə güclüyük” çağırışı edilib.