\
6 Oktyabr 2024 - Bazar günü

Şort-trek üzrə ən titullu idmançı karyerasını bitirdi

Şort-trek üzrə ən titullu idmançı karyerasını bitirdi
1677baxış

Şort-trek üzrə 6 qat olimpiya çempionu Viktor An peşəkar karyerasını başa vurub.

"Mediapress.az"ın məlumatına görə, bu barədə Rusiya Konkisürmə İttifaqının prezidenti Aleksey Kravtsov yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, 35 yaşlı Cənubi Koreya əsilli rus idmançı qərarını quruma məktub yazaraq bildirib.

Qeyd edək ki, təcrübəli şort-trekçi hələ 2018-ci ildə karyerasını bitirməyə yaxın olsa da, sonradan qərarını dəyişib. Viktor An şort-trek üzrə ən titullu idmançıdır. O, olimpiya çempionluğunun 3-nü Cənubi Koreya, digər 3-nü isə Rusiya millisinin heyətində qazanıb. 2011-ci ildən Rusiya bayrağı altında yarışan veteran idmançı 20 qat dünya və 8 qat Avropa çempionudur.