\
6 Oktyabr 2024 - Bazar günü

Oğuzda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var

Oğuzda avtomobil ağaca çırpıldı, xəsarət alanlar var
1672baxış

Oğuz rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Xaldan-Oğuz avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.