\
6 Oktyabr 2024 - Bazar günü

YAP könüllüləri aztəminatlı ailələrə sosial xidmətlər göstəriblər - FOTOLAR

YAP könüllüləri aztəminatlı ailələrə sosial xidmətlər göstəriblər - FOTOLAR
2484baxış

Dünyanı bürüyən koronavirus (COVİD-19) emidemiyasına yoluxma riskinin azaldılması və xalqımızın sağlamlığı naminə ölkə Prezidenti cənab İlham Əliyevin çağırışına qoşulan ilk təşkilatlardan biri olan Yeni Azərbaycan Partiyası aztəminatlı ailələrə yardım və dəstəyini davam etdirir.

Mediapress.az xəbər verir ki, YAP üzvü olan gənclərdən ibarət könüllülər bu ailələrə dezinfeksiyaedici məhlullar, tibbi maska və əlcəklər paylamaqla yanaşı sosial xidmətlər göstərmişlər.

Yeni Azərbaycan Partiyasının könüllüləri və ƏƏSMN-nin sosial işçiləri Pirallahı rayonunda ahılları ziyarət edir, onları gündəlik lazım olan ərzaq və tibbi vasitələri ilə təmin edirlər.