\
6 Oktyabr 2024 - Bazar günü

"DTX tərəfindən saxlanılan Mübariz Mustafayev Məşğulluq Xidmətinin əməkdaşı deyil" - Fazil Talıbov

"DTX tərəfindən saxlanılan Mübariz Mustafayev Məşğulluq Xidmətinin əməkdaşı deyil" - Fazil Talıbov
1048baxış

 

"Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat zamanı saxlanıldığı qeyd edilən Mübariz Mustafayev Məşğulluq Xidmətinin əməkdaşı deyil".
 
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. 
 
Nazirlik rəsmisinin sözlərinə görə, M.Mustafayev işində yol verdiyi ciddi nöqsanlara görə bir müddət əvvət Biləsuvar rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad edilib.