\
6 Oktyabr 2024 - Bazar günü

Rusiyada koronavirusa yoluxanların sayı 100 000-i ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 100 000-i ötdü
1692baxış

Rusiyada son bir gündə 7 099 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 106 498 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 101 nəfər artaraq 1 073-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 11 619 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 3 093.

Qeyd edək ki, Rusiya yoluxma halların sayına görə dünyada Türkiyədən sonra 8-ci ölkədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 222 000-i ötüb. Bunların 1 005 446 nəfəri sağalıb, 228 270 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.