\
6 Oktyabr 2024 - Bazar günü

Milli Məclisdə yeni Baş prokuror məsələsi müzakirə edilir (YENİLƏNİB)

Milli Məclisdə yeni Baş prokuror məsələsi müzakirə edilir (YENİLƏNİB)
1666baxış
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir.
 
Mediapress.az "Report”a istinadən xəbər verir ki, iclasda "Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.
 
 
Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
 
K.Əliyev parlamentin iclasında iştirak edir.
 
Xatırladaq ki, indiyədək Baş prokuror vəzifəsini Zakir Qaralov tuturdu. Onun səlahiyyət müddəti başa çatıb.
 
09.00
 
Bu gün Milli Məclisin iclasında Prezident İlham Əliyevin təqdimatına əsasən, baş prokurorun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.
 
İclasda baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi müzakirə ediləcək.
 
Qeyd edək ki, Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti bitib. Z.Qaralov 2000-ci ilin 25 aprelindən baş prokuror vəzifəsində işləyib.