\
6 Oktyabr 2024 - Bazar günü

DTX-nın həbs etdiyi icra başçısına qarşı irəli sürülən maddələr açıqlandı

DTX-nın həbs etdiyi icra başçısına qarşı irəli sürülən maddələr açıqlandı
1786baxış
Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində elan olunan maddələr məlum olub.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mahir Quliyevə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
 
Xatırladaq ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Mahir Quliyev aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.
 
Mahir Quliyev Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.