\
6 Oktyabr 2024 - Bazar günü

Məşhur amerikalı aktyor vəfat etdi

Məşhur amerikalı aktyor vəfat etdi
1691baxış

Amerikalı aktyor Sem Lloyd 56 yaşında dünyasını dəyişib.

“Report” “Variety”yə istinadən xəbər verir ki, hələ ötən ilin yanvar ayında onda xərçəng aşkarlanmışdı.

Məlumata görə, aktyor diaqnoz barədə ilk uşağının doğulmasından bir neçə həftə sonra öyrənib.

Qeyd edək ki, ilk növbədə, “Scrubs” serialından tanınan S.Lloyd həmçinin “Utanmazlar”, “Fədakar evdar qadınlar”, “Amerikan ailə”, “Saynfeld” seriallarında oynadığı rollarla məşhurdur. O, həmçinin istedadlı musiqiçi olub.