\
6 Oktyabr 2024 - Bazar günü

İctimai nəqliyyat yalnız bu qaydalarla işləyə bilər - RƏSMİ

İctimai nəqliyyat yalnız bu qaydalarla işləyə bilər - RƏSMİ
1729baxış
Pandemiya dövründə ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair qaydalar müəyyənləşib.
 
Mediapress.az xəbər verir ki, sənəd ictimai nəqliyyat işçilərinin və sərnişinlərin sağlamlığının qorunması məqsədi ilə koronavirus (COVID-19) infeksiyasının hazırda olan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.
 
Qaydalarda bildirilir:
 
- Sərnişindaşımanın fasiləsizliyinin təmini uçun vəzifələrin paylanması və onların həyata keçirilməsi üçün iş yerində və evdən işləmə üçün müvafiq şəraitin yaradılması olduqca vacibdir;
- İşçi heyətin nəzərinə şəxsi gigiyena tədbirləri haqqında məlumat çatdırılmalıdır;
- İşəgötürən tərəfindən işçilər qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla (70%-li spirt tərkibli gel və ya məhlul) mütəmadi təmin edilməlidir;
- İnfeksiyanın yayılmasının profilaktikasına dair məlumatların və maarifləndirici materialların elektron tablolar, nəqliyyat vasitələrində quraşdırılmış planşetlər vasitəsilə sərnişinlərə çatdırılması təmin edilməlidir;
- Dayanacaqlarda, yeraltı nəqliyyatın platformalarında və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada getməyi təşviq edən plakatlar və videomonitorlarda maarifləndirici təşviqat materialları yerləşdirilməlidir;
- Bilet kassalarının, ödəməterminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə/metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalı və məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində - yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır;
- Sərnişinlərləsürücünün fiziki təmasının istisna edilməsi üçün nəqliyyat vasitələrində kabina olmadıqda onların arasında şəffaf arakəsmələr quraşdırılmalıdır;
- Şəhərdaxili taksilərdən istifadəedən müştərilər yalnız arxa oturacaqlarda otura bilər;
- Taksi sürücüsü iləarxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır;
- Bütün ictimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalıdır;
- Sürücülər bir yerə yığışmamalı və öz aralarında sosial məsafənin saxlanılması tapşırılmalıdır. Sürücülər arasında təmaslar minimuma endirilməlidir.