\
6 Oktyabr 2024 - Bazar günü

Türkiyə futbolunda aşağı liqalarla bağlı qərar verildi

Türkiyə futbolunda aşağı liqalarla bağlı qərar verildi
1809baxış

Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir və aşağı liqaların təmsilçiləri ilə toplantı keçirib. 

"Mediapress.az" "haber7"ə istinadən xəbər verir ki, videokonfrans formatında təşkil olunan iclasda aşağı liqaların taleyi müzakirə olunub. 

TFF 1, 2 və 3-cü liqaların oyunları iyunun ikinci həftəsində başlayacaq və azarkeşsiz keçiriləcək. 

Qeyd edək ki, koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Türkiyə Super Liqasının iyunun 10-da bərpası nəzərdə tutulur.