\
6 Oktyabr 2024 - Bazar günü

Boris Conson oğluna özünün həyatını xilas etmiş həkimlərin adını verdi

Boris Conson oğluna özünün həyatını xilas etmiş həkimlərin adını verdi
1782baxış

Böyük Britaniyanın hökumət başçısı Boris Conson bir neçə gün əvvəl dünyaya gələn oğluna intensiv terapiya dövründə özünün həyatını xilas etmiş iki həkimin adlarını verib.

Mediapress.az”ın məlumatına görə, bu barədə çərşənbə günü baş nazirin xanımı Kerri Simonds özünün “Instagram”dakı səhifəsində bildirib.

"Sizə 29 aprel 2020-ci ildə səhər saat doqquzda doğulmuş Uilfred Louri Nikolas Consonu təqdim edirəm” - Simonds yazıb: “Uilfred adı baba Borisin şərəfinə, Louri - mənim babamın şərəfinə, Nikolas adı isə ötən ay Borisin həyatını xilas etmiş həkimlər Nik Praysın və Nik Xartanın şərəfinə adlandırılıb".

Britaniya Nazirlər Kabinetinin başçısı övladının dünyaya gəlməsindən sonra uşağa qulluğa görə məzuniyyət götürmək niyyətindədir. Qeyd edək ki, baş nazirin əvvəlki nikahdan da dörd övladı var.

Boris Conson koronavirusdan müalicə edildikdən sonra aprelin 27-də yenidən vəzifəsinin icrasına başlayıb.