\
6 Oktyabr 2024 - Bazar günü

Göyçayda yol qəzası oldu, ölən və yaralananlar var

Göyçayda yol qəzası oldu, ölən və yaralananlar var
1693baxış

Göyçay rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Mediapress.az”ın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-21011" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onlardan biri xəstəxanada ölüb.

 

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.