\
6 Oktyabr 2024 - Bazar günü

Rusiya baş naziri həkim nəzarəti altındadır

Rusiya baş naziri həkim nəzarəti altındadır
1782baxış

Rusiya Baş naziri Mixail Mişustin həkimlərin nəzarəti altında qalır.

Axar.az xəbər verir ki, bunu Rusiya Nazirlər Kabinetinin mətbuat katibi Boris Belyakov deyib.

O, baş nazirin müalicəsinin davam etdiyini, buna baxmayaraq işlədiyini bildirib:

“O, sənədlərlə işləyir, həmkarları ilə aktiv telefon danışıqları aparır”.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya Baş naziri Mixail Mişustinin koronavirus testi pozitiv çıxmışdı.