\
6 Oktyabr 2024 - Bazar günü

"Tibbi cihaz daşıyan yük təyyarəsi bu gecə Somaliyə gedir" - İbrahim Kalın

"Tibbi cihaz daşıyan yük təyyarəsi bu gecə Somaliyə gedir" - İbrahim Kalın
1677baxış

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın tibbi yardım daşıyan yük təyyarəsinin Somaliyə gedəcəyini bildirib.

Mediapress.az-ın məlumatına görə, İbrahim Kalın, “Tvitter” səhifəsində paylaşdığı şərhdə Somalidəki qıtlıq səbəbindən on minlərlə insanın öldüyü bu dost və qardaş ölkəyə 2011-ci ilin bir ramazan günü ilk dəfə səfərə gedən prezidenti Rəcəb Tayyib Ərdoğanın somalilərin ümidi olduğunu və dünyanın diqqətini buradakı insani faciəyə çəkdiyini bildirib.

Kalın həmçinin “Somalinin siması dəyişdi. İnsan ləyaqəti qorundu və indi yenə prezidentimizin göstərişi ilə test, kombinezon, maska və tibbi cihaz daşıyan yük təyyarəsi bu gecə Somaliyə gedir. Türkiyə virusa qarşı mübarizədə qardaşlarının yanındadır. İnsanlıq ölməsin ki insanlar ölməsin.” – deyə bildirib.