\
6 Oktyabr 2024 - Bazar günü

Nazarbayevin qızının deputatlıq mandatı da əlindən alındı - m

Nazarbayevin qızının deputatlıq mandatı da əlindən alındı - m
1627baxış
Qazaxıstan Mərkəzi Seçki Komissiyası Respublika Senatının (parlamentin yuxarı palatası) deputatı Dariqa Nazarbayevanı səlahiyyətindən məhrum edib. 
 
Mediapress.az xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının mətbuat mərkəzi məlumat verib. 
 
Məlumatda bildirilir ki, mayın 4-də ölkənin Mərkəzi Seçki Komissiyasının iclası keçirilib, iclas zamanı "Qazaxıstan Respublikası Senatının deputatı D. Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi haqqında" qərar qəbul edilib.
 
Xatırladaq ki, bundan əvvəl Qazaxıstanın ilk prezidentinin böyük qızı Dariqa Nazarbayeva ölkə Senatının sədri vəzifəsindən məhrum edilmişdi.