\
6 Oktyabr 2024 - Bazar günü

Serbiya fövqəladə vəziyyəti yumşaltdı

Serbiya fövqəladə vəziyyəti yumşaltdı
1625baxış

Serbiya hakimiyyəti koronavirus pandemiyası səbəbindən tətbiq olunan fövqəladə vəziyyəti yüngülləşdirib və bir sıra məhdudiyyətləri aradan qaldırıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin bir qismi ləğv olunub, ictimai nəqliyyat yenidən istifadəyə verilib, kafe və restoranların fəaliyyəti bərpa olunub.

Bununla belə avtobuslarda kondisionerlərin işlədilməsi qadağan olunub.

Vətəndaşlar şəxsi qorunma tədbirlərinə riayət etməli və kabinədə hər iki oturacaqda bir nəfər oturmaqla sosial məsafəni saxlamalıdırlar. Həmçinin restoran və kafelərdə də vətəndaşların sosial məsafəni qorumalı olduqları bildirilib.