Açılan obyektlərdə qaydalara riayət olunmasa cərimə ola bilər
"Fəaliyyətinə icazə verilən obyektlərdə nəzərdə tutulan qaydalara riayət olunmazsa və xəstəliyin yoluxmasına real təhlükə yaranarsa, məsuliyyətin müəyyən edilməsi məsələsinə baxıla bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ATV-də çıxışı zamanı bildirib.
DİN rəsmisi qeyd edib ki, sözügedən obyektlərin hansı qaydalara riayət edəcəyi ilə bağlı metodik göstərişlər hazırlanaraq artıq icraya yönəldilib:
Ə. Baqişevin sözlərinə görə, xüsusi karantin rejimində metodik göstərişlərə riayət olunmasına bilavasitə DİN nəzarət edir: “İlk növbədə sahibkar, icarədarlara bu göstərişlərə əməl olunması tövsiyə olunacaq. Hazırda bu göstərişlərin pozulması hallarına görə inzibati məsuliyyət tədbirləri nəzərdə tutulmayıb. Ancaq əgər qaydalara riayət olunmazsa, bu zaman məsuliyyətin müəyyən edilməsi məsələsinə baxıla bilər”.