\
6 Oktyabr 2024 - Bazar günü

Parlament Bakı Apelyasiya Məhkəməsinə namizədliyi irəli sürülən hakimləri təsdiqlədi - SİYAHI

Parlament Bakı Apelyasiya Məhkəməsinə namizədliyi irəli sürülən hakimləri təsdiqlədi - SİYAHI
1694baxış

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirə olunub.

İclasda Ali Məhkəmənin hakimləri Vəfaddin İbayev, Akif İsgəndərov, Əli Seyfəliyev, Qürbət Əsgərovun vəzifələri dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsi haqqında məsələyə baxılıb.

Bundan əlavə, iclasda Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov, Sabunçu rayon Məhkəməsinin hakimi Ziya Şirinov, Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyev, Yasamal rayon Məhkəməsinin hakimi Emin Mehdiyev və Nizami rayon Məhkəməsinin hakimi Rəşad Həsənovun Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilməsi məsələsi müzakirə edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.